Menyu

Makron Avropanı ABŞ-nin tarif problemini həll etməyə çağırıb

Makron Avropanı ABŞ-nin tarif problemini həll etməyə çağırıb

 Avropa gömrük siyasətində öz maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə etməlidir.

Operativ Media xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron deyib.

“Avropa lazımi əks tədbirlər üzərində işləməyə davam etməli və özünü qorumaq üçün bütün mövcud üsullardan istifadə etməlidir”, – deyə  Makron  "X" hesabında paylaşım edib.

Makron bildirib ki, Avropanın məqsədi bu ədalətsiz tarifləri ləğv etmək üçün dialoqlar aparmaqdır.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara idxal olunan mallara görünməmiş gömrük rüsumları tətbiq etdiyini açıqlayıb. Aprelin 5-dən minimal 10 faizlik baza gömrük rüsumu qüvvəyə minəcək. Siyahıya 183 ölkə və Aİ daxildir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər