İran və Türkmənistan Xəzər dənizi ilə bağlı məsləhətləşmələr aparıb
Nərmin Qocamanlı
Aşqabadda İran xarici işlər nazirinin Xəzər dənizi məsələləri üzrə köməkçisi Əlirza Cahangirinin və Türkmənistanın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Murad Atacanovun sədrliyi ilə İran İslam Respublikası və Türkmənistan nümayəndə heyətlərinin birgə iclası keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə "Mehr" Agentliyi məlumat yayıb.
Məlumata görə, görüşdə dəniz sərhəd xəttinin müəyyən edilməsi, balıqçılıq zonalarının delimitasiyası, əsas xəttinin çəkilişi, Xəzər dənizinin dibinin delimitasiyası və bununla bağlı sənədlərlə bağlı müzakirələr və məsləhətləşmələr aparılıb.
İclasda ətraf mühit və Xəzər dənizinin suyunun səviyyəsinin azalması da daxil olmaqla digər məsələlər də müzakirə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net