Menyu

İtaliya ABŞ-nin Aİ-yə tətbiq etdiyi rüsumlardan narazıdır

Əziz Əzizli
İtaliya ABŞ-nin Aİ-yə tətbiq etdiyi rüsumlardan narazıdır

ABŞ prezidenti Donald Trampın dünən digər ölkələrə qarşılıqlı tariflər tətbiq edəcəklərini açıqlamasının ardından İtaliya AB ilə də qarşılıqlı rüsumların 20 faiz olmasının nəzərdə tutulmasına reaksiya verib.

Operativ Media xəbər verir ki, Baş nazir Meloni "Facebook" sosial şəbəkəsindəki paylaşımında "ABŞ-nin Aİ-yə rüsumlar tətbiq etməsini yanlış addım hesab edirəm və bu heç bir tərəfin marağında deyil", deyə qeyd edib.

Ticarət müharibələrinin risklərinə diqqət çəkən Meloni qeyd edib: "ABŞ ilə razılığa gəlmək üçün əlimizdən gələni edəcəyik. Çünki belə bir ticarət müharibəsinin Qərbi zəiflədəcəyinə və digər qlobal güclərin xeyrinə işləyəcəyinə inanırıq. Hər halda, biz həmişə olduğu kimi, İtaliyanın və onun iqtisadiyyatının maraqlarını qoruyaraq, digər avropalı tərəfdaşlarımızla məsləhətləşərək hərəkət edəcəyik".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər