Menyu

Azərbaycan səfirliyi Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib

Əsəd Abbaslı
Azərbaycan səfirliyi Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edib

Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyinin təşəbbüsü, Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi və Suriyanın “Qadın Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə, cari ilin 25-27 mart tarixlərində Dəməşq şəhərində (2 dəfə) və Dəməşqin böyük dağıntılara məruz qalmış Spena qəsəbəsində 1000 (400+350+250) kimsəsiz uşaq üçün iftar süfrələri təşkil edilib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi məlumat yayıb.

Suriya Xəbər Agentliyi (Sana), “Vətən” qəzeti və Suriya televiziyasının, eləcə də qardaş Türkiyənin TRT və “Anadolu” Agentliyinin nümayəndələrinin iştirakı ilə keçirilmiş bu xeyriyyə aksiyası zamanı çıxış edərkən “Qadın Xeyriyyə Cəmiyyəti”nin idarə heyətinin sədri xanım Maha Diyab, eləcə də kimsəsiz uşaq Hibə Ramazan müqəddəs Ramazan ayında bu nəcib təşəbbüsə görə Azərbaycan dövlətinə təşəkkür ediblər.

Üç gün ərzində keçirilən iftar süfrələrində kimsəsiz uşaqlar üçün müxtəlif əyləncə proqramları təşkil edilib, onlara unudulmaz anlar və əsl bayram ovqatı yaşadılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər