Qazaxıstanda daha bir zəlzələ qeydə alınıb - YENİLƏNİB
Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.
"Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub", - məlumatda qeyd edilib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir.
Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.
08:53
Qazaxıstanın mərkəzi hissəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 15,9 min nəfərin yaşadığı Merke kəndindən 23 km cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.