Menyu

Ərdoğan və Tramp arasında telefon danışığı olub

Əsəd Abbaslı
Ərdoğan və Tramp arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, görüşdə Türkiyə-ABŞ ikitərəfli əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan, iki müttəfiq ölkə olaraq Türkiyə və ABŞ-ın yeni dövrdə əməkdaşlığı həmrəy, nəticəyönümlü və səmimi şəkildə irəlilədəcəyinə inandığını ifadə edib.

Həmçinin, regional və qlobal hadisələrin Türkiyə ilə ABŞ arasında hər mövzuda məsləhətləşmələrin artırılmasını zəruri etdiyini, ABŞ prezidenti Trampın Rusiya ilə Ukrayna arasında müharibənin sona çatması üçün qəti və birbaşa təşəbbüsünü dəstəklədiklərini, Türkiyənin müharibənin ilk günlərindən bəri ədalətli və davamlı sülh üçün səy göstərdiyini və bundan sonra da çalışacağını bildirib.

Görüş zamanı, iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığının yaxşılaşdırılması üçün CAATSA sanksiyaların, F-16 tədarükü prosesinin yekunlaşdırılmasının və Türkiyənin F-35 proqramında yenidən iştirakının yekunlaşdırılmasının vacibliyi bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər