Rusiyada benzin və dizel ixracına qoyulan qadağanın müddəti uzadılıb
Operativ Media
Rusiya hökuməti 1 avqust 2026-cı ildən 31 yanvar 2027-ci ilədək benzin, dizel, gəmi yanacağı və qazoylun ixracına müvəqqəti qadağa qoyub.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
İmzalanmış sənədə əsasən, sentyabrın 1-dən etibarən məhdudiyyətlər birbaşa istehsalçılar tərəfindən ixrac olunan dizel və gəmi yanacağına, eləcə də qazoyla şamil edilməyəcək.
Bundan əlavə, beynəlxalq hökumətlərarası sazişlər çərçivəsində və humanitar yardım məqsədilə yanacağın ixracına da icazə veriləcək.
Qeyd olunub ki, hakimiyyət orqanları daxili bazarda sabitliyi qorumaq məqsədilə daha əvvəl də yanacaq ixracına məhdudiyyətlər tətbiq etmişdi.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net