Menyu

"Yuventus" "Bayer"in hücumçusu Kerim-Səm Alaybeqoviçin transferində razılıq əldə edib

Operativ Media
"Yuventus" "Bayer"in hücumçusu Kerim-Səm Alaybeqoviçin transferində razılıq əldə edib

İtaliyanın "Yuventus" klubu Almaniyanın "Bayer Leverkuzen" komandasının hücumçusu Kerim-Səm Alaybeqoviçin keçidi barədə razılığa gəlib.

​Operativ Media xəbər verir ki, bu barədə tanınmış insayder və jurnalist Fabrizio Romano məlumat yayıb. Məlumata görə, transferin ümumi dəyəri bonuslar da daxil olmaqla 35 milyon avro təşkil edəcək. Keçid üçün sabit ödəniş 33 milyon avro müəyyənləşib, əlavə 2 milyon avro isə bonus şəklində nəzərdə tutulub.

​2025-ci ilin yayında "Bayer"in gənclər heyətindən "RB Zaltsburq"a keçən bosniyalı forvard ötən mövsüm bütün turnirlərdə çıxış etdiyi 44 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib. Bu göstəricilərdən sonra Almaniya təmsilçisi oyunçunu geri satın alıb.

​Qeyd edək ki, Alaybeqoviç DÇ-2026-da Bosniya və Herseqovina milli komandası ilə 4 qarşılaşmada meydana çıxıb və 1 dəfə fərqlənib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər