Menyu

XİN: Azərbaycan Fransanın Martin Rayan məsələsinə dair bəyanatını rədd edib

Operativ Media
XİN: Azərbaycan Fransanın Martin Rayan məsələsinə dair bəyanatını rədd edib

Rəsmi Bakı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşı Martin Rayan barəsində çıxarılmış hökmə dair məhkəmə prosesini şübhə altına alan və Azərbaycana qarşı əsassız ittihamları ehtiva edən 30 iyul tarixli bəyanatını qətiyyətlə rədd edir.

Operativ Media xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində yer alıb.

A.Hacızadə qeyd edib ki, Martin Rayan barəsində cinayət işi Azərbaycanın qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib. Apelyasiya instansiyasının qərarı da Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir.

Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, "əsassız saxlanılma" və "ədalətsiz məhkəmə araşdırması" ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir.

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir.

Fransa tərəfini Azərbaycan Respublikasının suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırırıq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər