Menyu

Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Operativ Media
Əli Əsədov Gürcüstanın Baş prokuroru ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə görüşüb.

Nazirlər Kabinetindən Operativ Media-ya bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub.

Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanları arasında da səmərəli əməkdaşlığın möhkəmlənməsindən məmnunluq ifadə edilib.

Transsərhəd cinayətkarlıq, kibercinayətkarlıq və digər müasir çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsinin davam etdirilməsinin əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edəcəyi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Gürcüstanın prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycanın Baş prokuroru Kamran Əliyev də iştirak edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər