"PSJ"nin gənc vingeri İngiltərə və Almaniya klublarının "radar"ına düşüb
Fransanın "PSJ" klubunun 18 yaşlı vingeri İbrahim Mbaye Avropanın bir neçə nəhəng komandasının diqqət mərkəzindədir.
Operativ Media "RMC Sport"a istinadənxəbərverirki, gənc futbolçunun xidmətində İngiltərənin "Çelsi", "Liverpul", "Mançester Siti" və "Tottenhem" klubları ilə yanaşı, Almaniyanın "Bayer" və Dortmund "Borussiya"sı maraqlıdır. Paris təmsilçisinin futbolçunu ən azı 50 milyon avro qarşılığında satmağa hazır olduğu bildirilir.
Oyunçu ötən mövsüm Liqa 1-də meydana çıxdığı 24 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Mbaye həmçinin 2025/26 mövsümündə Çempionlar Liqasında 4 qarşılaşmada iştirak edib.
Qeyd edək ki, "Transfermarkt" portalı tərəfindən dəyəri 30 milyon avro qiymətləndirilən gənc hücumçunun "PSJ" ilə müqavilə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.