U-17 dünya çempionatı: Ömər Salmanov yarımfinala yüksəldi - YENİLƏNİB
Operativ Media
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48 kq) Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinal mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, o, 1/4 final mərhələsində iranlı Ali Morteza Leyvesiyə "tuş"la qalib gəlib.
***
13:53
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda keçirilən U-17 dünya çempionatında 1/4 final mərhələsinə yüksəlib.
Operativ Media xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Ömər 1/8 final mərhələsində hindistanlı Avinaş B. Çetakeyə 6:1 hesabıyla qalib gəlib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net