Menyu

Birinci yarımildə 157,7 milyon dollarlıq pambıq ixrac edilib

Operativ Media
Birinci yarımildə 157,7 milyon dollarlıq pambıq ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 157,7 milyon dollar dəyərində 103,4 min tondan çox pambıq ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 34,9 faiz, həcm baxımından isə 36,7 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk yarısında ölkədən dəyəri 1,885 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21 faiz üstələyir. Hesabat dövründə pambıq ixracının xüsusi çəkisi 8,37 faizə bərabər olub.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər