Daha 8 ölkə Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinə qoşuldu
Ukrayna da daxil olmaqla səkkiz ölkə Aİ Şurasının Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə oktyabrın əvvəlində qəbul edilmiş Rusiyaya qarşı səkkizinci sanksiyalar paketinin tətbiqi ilə bağlı qərarına qoşulub.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
“Namizəd ölkələr (Aİ-yə - red.) Şimali Makedoniya, Monteneqro, Albaniya və Ukrayna, potensial namizəd ölkə Bosniya və Herseqovina və Avropa Azad Ticarət Assosiasiyası ölkələri İslandiya, Lixtenşteyn və Norveç, Avropa İqtisadi Birliyinin üzvləri Aİ Şurasının bu qərarına qoşulub" - mətbuat şərhində deyilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net