Menyu

Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Operativ Media
Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik xəttinə qoşulması subsidiyalaşdırılır

Prezident İlham Əliyev Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması haqqında fərman imzalayıb.

Operativ Media xəbər verir ki, fərmana əsasən, "Sənaye və kənd təsərrüfatı üzrə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmətinə görə ödənişin subsidiyalaşdırılması Qaydası" təsdiq edilib.

Belə ki, sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma xidmət haqqının 50 faizi dövlət tərəfindən subsidiyalaşdırılacaq.

Güzəşt 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək və 2030-cu il dekabrın 31-dək fəaliyyət göstərən yeni qoşulmalara şamil olunacaq.

Subsidiyanın ödənilməsini İqtisadiyyat Nazirliyi təşkil edəcək, lazımi vəsait isə 2027–2030-cu illərin dövlət büdcəsindən ayrılacaq.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər