Menyu

"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi ilə gücləndi

Operativ Media
"Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi ilə gücləndi

“Araz-Naxçıvan” xorvatiyalı müdafiəçi ilə anlaşıb.

Operativ Media xəbər verir ki, 27 yaşlı Luka Dumançiç yeni mövsümdə Naxçıvan təmsilçisinin formasını geyinəcək. Onunla anlaşma 1 illikdir. 

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903”, “Jalqiris” klublarında çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyanın “Persis” komandasının formasını geyinib. O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib. 

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev və Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər