Menyu

İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub

Operativ Media
İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı olub

İranın xarici işlər naziri Seyyid Abbas Əraqçi Pakistanın baş nazir müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, görüş zamanı Əraqçi Pakistanın diplomatik prosesdəki təşəbbüslərini və razılaşma memorandumuna (MoU) doğru aparılan səyləri yüksək qiymətləndirib. 

O, ABŞ-nin bölgədəki münaqişələrin, o cümlədən Livandakı gərginliyin sona çatdırılmasına dair öhdəliklərinə diqqət çəkərək, hər hansı pozuntunun Vaşinqtonun məsuliyyəti olacağını bildirib.

Pakistan tərəfi isə davam edən diplomatik prosesləri dəstəklədiyini, dialoqun davam etdirilməsinin və müsbət nəticələrin əldə olunmasının vacibliyini vurğulayıb.

Tərəflər həmçinin ikitərəfli məsələləri müzakirə edərək, məsləhətləşmələrin və əlaqələrin davam etdirilməsinə razılaşıblar.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər