Menyu

Hərbi qulluqçularımız “Agile Spirit - 2025” təlimində iştirak edirlər

Şəfa Hüseynli
Hərbi qulluqçularımız “Agile Spirit - 2025” təlimində iştirak edirlər

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Gürcüstanda keçirilən “Agile Spirit - 2025” təlimində müşahidəçi qismində iştirak edir.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

İlkin mərhələsi Gürcüstanın Vaziani və Norio Təlim mərkəzlərində kompüter dəstəkli komanda-qərargah təlimi kimi keçirilən “Agile Spirit - 2025”in hava desant birliklərinə aid komponenti isə qardaş ölkə Türkiyə Respublikasında icra olunub.

Təlimin məqsədi Qara Dəniz regionunda sülh və sabitliyə töhfənin verilməsi, eləcə də ABŞ, NATO-ya üzv və tərəfdaş ölkələrin döyüş hazırlığının, qarşılıqlı uzlaşma və əməliyyat qabiliyyətlərinin artırılmasıdır

Teqlər:

"H\u0259rbi qulluq\u00e7ular\u0131m\u0131z \u201cAgile Spirit - 2025\u201d t\u0259limind\u0259 i\u015ftirak edirl\u0259r"

Əlaqəli Xəbərlər