Menyu

Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub

Əziz Əzizli
Bloomberg: Aİ-nin 2034-cü ilə qədər büdcə layihəsində Kiyev üçün 100 milyard avro nəzərdə tutulub

Avropa Komissiyası (AK) Ukraynaya Rusiya ilə münaqişədə dəstək üçün 2028-2034-cü illər üçün növbəti yeddiillik Aİ büdcə planının layihəsinə 100 milyard avro məbləğində ayrıca bənd daxil edib .

Operativ Media xəbər verir ki, bu haqda "Bloomberg" nəşri məlumat yayıb.

Agentlik iddia edir ki, Avropa Komissiyası belə bir fondun yaradılmasını “Ukraynaya sabit maliyyə yardımının dəstəklənməsi” zərurəti ilə əsaslandırır.

Ukraynada münaqişə başlayandan bəri Avropa İttifaqı və onun üzvü olan dövlətlərdən Kiyevə ümumi maliyyə, iqtisadi və hərbi yardım 160 milyard avro təşkil edib, lakin bütün bu pullar sistemli şəkildə deyil, çoxsaylı fərdi proqramlar, kredit xətləri, milli və Avropa kreditləri şəklində ayrılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər