Ana səhifə / Dünya / Ukrayna Rusiyanın kimya zavodunu vurub Ukrayna Rusiyanın kimya zavodunu vurub 04.07.2025, 20:32 Əsəd Abbaslı Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində yerləşən bir kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib. Operativ Media xəbər verir ki, zavodun vurulmasından sonra sənaye zonasında qalın qara tüstü müşahidə olunub. Hücum nəticəsində iki nəfərin yaralandığı, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Ukrayna Müdafiə Nazirliyi bu hücumda təyyarə tipli pilotsuz uçan aparatlarının istifadə edildiyini açıqlayıb. Bu tip pilotsuz təyyarələr geniş diapazona sahib olmaqla yanaşı, bir neçə onlarla kiloqrama qədər partlayıcı maddə daşımaq qabiliyyətinə malikdir. Teqlər: "Ukrayna Rusiyan\u0131n kimya zavodunu vurub"
28.02.2026, 12:40 Heydər Əliyev Beynəlxalq Aeroportu iki beynəlxalq reysi ehtiyat hava limanı kimi qəbul edib