Menyu

Tramp İran nümayəndələri ilə görüşə icazə verib

Əziz Əzizli
Tramp İran nümayəndələri ilə görüşə icazə verib

ABŞ prezidenti Donald Tramp İran nümayəndələri ilə görüşə icazə verib.

Operativ Media xəbər verir ki, o, iyulun 3-də Ayova ştatında çıxışı zamanı müvafiq bəyanatla çıxış edib.

Tramp Amerikanın İranın nüvə obyektlərinə hücumunu “mükəmməl zərbə” adlandırıb.

“Onlar çox pis bəyanatlar verir, Amerikanın, İsrailin ölməsini arzulayırdılar” deyən Tramp ABŞ-nin zərbəsindən sonra bu bəyanatların dayandığını iddia edib.

"Açığını deyim ki, hətta onlarla görüşə bilərik. Onlar görüşmək istəyirlər, görəcəyik nə etmək olar. Amma onlar həqiqətən də görüşmək istəyirlər", - o, sözlərinə davam edib.

İyulun 3-ü səhər Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərin suallarını cavablandıran Tramp, lazım gələrsə, ABŞ və İran arasında danışıqlarda iştirak etməyə hazır olduğunu bildirib və Vaşinqtonun Tehrana daha çox zərər vurmaq niyyətində olmadığına əmin olduğunu bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər