Menyu

Azərbaycan Ordusunda psixoloqlarla növbəti dəfə təlim keçirilib

Nərmin Qocamanlı
Azərbaycan Ordusunda psixoloqlarla növbəti dəfə təlim keçirilib

Azərbaycan Ordusunda xidmət edən psixoloqların bilik və bacarıqlarını artırmaq, ekstremal şəraitdə daha səmərəli fəaliyyət göstərmələrini təmin etmək məqsədilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda psixoloqlarla təlim keçirilib.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Qardaş Türkiyə Respublikasından dəvət edilmiş psixoloq "Sxem terapiyası" təlimində dinləyicilərə ətraflı məlumat verib. Psixoloji problemlərin aradan qaldırılmasında, şəxsiyyət pozuntularının müalicəsində bu üsulun düzgün tətbiqi öyrədilib.

Təlim zamanı interaktiv metodlardan istifadə olunmaqla müasir təcrübələrə əsaslanan terapiya üsullarının faydaları izah edilib, praktiki çalışmalar yerinə yetirilərək qazanılan biliklər möhkəmləndirilib. 

Dinləyicilər tərəfindən mövzu diqqətlə mənimsənilib, təlimçilər maraq doğuran suallara geniş şəkildə cavab veriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər