Menyu

Azərbaycan, İndoneziya və Pakistan müdafiə əməkdaşlığını müzakirə edib

Əziz Əzizli
Azərbaycan, İndoneziya və Pakistan müdafiə əməkdaşlığını müzakirə edib

Müdafiə sənayesi naziri Vüqar Mustafayev İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən “Indo Defence 2024” sərgisi çərçivəsində İndoneziyanın müdafiə naziri Sjafrie Sjamsoeddin və Pakistanın müdafiə istehsalatı üzrə federal naziri Muhammad Raza Hayat Harraj ilə görüşüb.

Bu barədə Operativ Media-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşlərdə müdafiə sənayesi sahəsində beynəlxalq sərgilərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb, ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Indo Defence 2024” ilə paralel olaraq, “Indo Aerospace”, “Indo Marine” və “Indo Security” sərgiləri də keçirilir. Beynəlxalq sərgilər iyunun 14-də başa çatacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər