Menyu

Oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Operativ Media
Oteldən 10 min manatlıq oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birində oğurluq hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, oteldən kondisioner, 2 ədəd televizor, kombi aparatı oğurlanıb və nəticədə zərərçəkənə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 35 yaşlı D. Göycəyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa Binəqədi rayonunda qeydə alınan oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus “Chevrolet” markalı avtomobildən 290 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı S. Baxşiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər