Əvvəllər məhkum olmuş şəxslərin avtomobilində 8 kq narkotik vasitə tapılıb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 25 yaşlı B.Ağayev və 30 yaşlı A.Əliyev saxlanılıb. Onların avtomobilindən 8 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanıb.