Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 90 m² (hər mərtəbəsi 45 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin, dam örtüyünün yanar konstruksiyaları və yaxınlıqdakı sahəsi 90 m² olan birmərtəbəli 4 otaqlı evin ondulindən ibarət dam örtüyü 2 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən OperativMedia-ya bildirilib ki, hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Teqlər:
"Bak\u0131da ikim\u0259rt\u0259b\u0259li ev yan\u0131b"