Azərbaycan cüdoçuları Türkiyədə keçiriləcək Avropa Kubokunda çıxış edəcəklər
Əziz Əzizli
Yeniyetmələrdən ibarət Azərbaycan cüdo yığması növbəti turnirə hazırlaşır.
Operativ Media xəbər verir ki, idmançılarımız mayın 3-4-də İstanbulda keçiriləcək Avropa kubokunda çıxış edəcəklər.
Ümumilikdə heyətə 30 idmançı – 20 oğlan və 10 qız daxil edilib.
Onların arasında kadetlər arasında dünya çempionları Xədicə Qadaşova (52 kq), Nihad Məmişov (60 kq) və Cəsur İbadlı (81 kq), gənclər arasında Avropa çempionatının mükafatçıları Nizami İmranov (66 kq) və Aslan Kotsoyev (90 kq) də var.
Qeyd edək ki, Avropa kubokunda 25 ölkədən komandaların mübarizə aparacağı gözlənilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net