Valverde: "Atletik"in Avropa Liqasının finalına çıxmaq şansı var"
Əziz Əzizli
"Atletik Bilbao"nun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Reyncers" üzərində 2:0 hesablı qələbəni şərh edib.
Operativ Media xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı sitat gətirib.
"Komandamızın finala çıxmaq şansı var. Bu gün bizim üçün xüsusi gün idi. Azarkeşlərin bizi bütün gücləri ilə dəstəkləyəcəklərini bilirdik. Xalqımızla bu yaxın əlaqə bizi güclü komanda edir".
"Atletik" Avropa Liqasının yarımfinalında "Mançester Yunayted"lə qarşılaşacaq, ilk oyunu mayın 1-də İspaniyada, cavab matçını isə mayın 8-də İngiltərədə keçirəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net