Menyu

ABŞ Yəmənin Ras-İsa limanına zərbələr endirib, 38 nəfər ölüb - YENİLƏNİB

Nərmin Qocamanlı
ABŞ Yəmənin Ras-İsa limanına zərbələr endirib, 38 nəfər ölüb - YENİLƏNİB

ABŞ-nin Yəmənin Ras İsa neft limanına endirdiyi zərbələr nəticəsində ölənlərin sayının 38 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə  "Associated Press" məlumat yayıb.

Qeyd olunub ki, nəticədə 102 nəfər yaralanıb.

ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) Amerikanın zərbəsinin Yəmənin Qırmızı dəniz sahilindəki Əl-Hodeyda əyalətində yerləşən Ras-İsa limanını məhv etdiyini təsdiqləyib.

***

06:00

ABŞ-nin Yəmənə endirdiyi hava zərbələri nəticəsində azı 33 nəfər ölüb, 80 nəfər yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Yəmənin Ənsar Allah hərəkatının husi üsyançılarının nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, Əl-Hodeyda əyalətinin Qırmızı dəniz sahilində yerləşən və neft terminalının olduğu Ras İsa limanı cümə günü gecə havadan hücuma məruz qalıb. Orada böyük yanğın baş verib. ABŞ Hərbi Hava Qüvvələri ən azı 14 reyd həyata keçirib və bu reydlər tibb qrupları və mülki müdafiə heyətinin bombalanma yerinə gələndən sonra davam edib. Husilərin formalaşdırdığı hökumətin Səhiyyə Nazirliyinin məlumatına görə, dağıntılar təmizləndikcə qurbanların və yaralıların sayı artacaq. Bundan əvvəl 17 fəhlə və qulluqçu, həmçinin 5 təcili tibbi yardım işçisinin həlak olması barədə məlumat daxil olub .

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər