Menyu

Mərakeş millisinin baş məşqçisi: "Lamin Yamal İspaniya millisində oynamaq istədiyini bildirdi"

Əziz Əzizli
Mərakeş millisinin baş məşqçisi: "Lamin Yamal İspaniya millisində oynamaq istədiyini bildirdi"

Mərakeş milli komandasının baş məşqçisi Valide Reqreqi gənc futbolçu Lamin Yamalın milli komanda seçimi ilə bağlı danışıb.

Operativ Media xəbər verir ki, o, bu haqda İspaniyanın "El Chiringuito TV" verilişində qonaq olarkən danışıb.

O bildirib ki, Yamalı Mərakeş yığmasına cəlb etmək üçün böyük səylər göstərilib:

"Yamala Mərakeş milli komandasının layihəsini təqdim etdim. Ev sahibliyi edəcəyimiz Afrika Millətlər Kubokunu, Mərakeş xalqının ona göstərəcəyi sevgini və 2030 Dünya Kuboku planlarını izah etdim. 2-3 gün sonra mənə zəng etdi və 'Hörmətiniz üçün təşəkkür edirəm, amma özümü ispan kimi hiss edirəm və İspaniya millisində oynamaq istəyirəm' dedi. Ailəsi və vəkili ilə də danışdım. Bütün mərakeşlilər onu fikrindən daşındırmağımızı istədi, lakin biz bacardığımız hər şeyi etdik".

Qeyd edək ki, Lamin Yamal İspaniya millisinin heyətində Avropa çempionatının qalibi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər