Azərbaycan boksçusu diskvalifikasiya edildi
Əziz Əzizli
Azərbaycan boksçusu Fərid Sadıqov dopinqə görə 48 aylıq diskvalifikasiya olunub.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi məlumat yayıb.
İdmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlanıb. O, qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə və ya istifadə cəhdinə görə də cəzalandırılıb.
Sadıqovun cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net