Ana səhifə / İdman / Azərbaycanlı ağırlıqqaldıran Avropa Çempionatında 3 medal qazandı Azərbaycanlı ağırlıqqaldıran Avropa Çempionatında 3 medal qazandı 15.04.2025, 20:49 Əziz Əzizli Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb. Operativ Media xəbər verir ki, atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub. Ardınca o, təkanla qaldırma hərəkətində 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib. Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor
30.06.2026, 16:17 Prezident korrupsiya barədə məlumat verən şəxs və yaxınlarına təzyiq edilməsi qadağasını təsdiqləyib