İsrailin hücumları nəticəsində Qəzzada 15 nəfər həlak olub
Əziz Əzizli
İsrailin son 24 saat ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 15 fələstinli həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Onun sözlərinə görə, son zərbələr Fələstin anklavının şimal və cənubundakı çadır düşərgələrinə endirilib. İsrail hərbi qüvvələri də Qəzza şəhərini intensiv artilleriya atəşinə tutur.
Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin Qəzzada saxlanılan bütün girovları azad etmək olduğunu bildirib. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni günahlandırıblar.