Azərbaycan Türkiyəyə hərbi tibb personalı göndərdi
Redaksiya
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb. Yaralıların sayı 15 min nəfəri ötüb.
Teqlər:
"Azərbaycan Türkiyəyə hərbi tibb personalı göndərdi"