Menyu

Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində tədbirlər keçirilir

Əsəd Abbaslı
Heydər Əliyev adına Hərbi İnstitutda NATO proqramı çərçivəsində tədbirlər keçirilir

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi” treninqi və “Hərbi dənizçilik sahəsi üzrə ingilis dilində radioəlaqə” mövzusunda seminar keçirilir.

Bu barədə Operativ Media-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Milli Müdafiə Universitetinin (MMU) və tabeliyində olan xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim və zabit heyətinin iştirakı ilə keçirilən tədbirlər “Fəal Təlimdə Qiymətləndirmə” modulunun üçüncü mərhələsini əhatə edir.

Tədbirlərin məqsədi iştirakçıların pedaqoji bacarıqlarını, tədris metodlarını inkişaf etdirmək, tədrisin keyfiyyətini daha da artırmaq və beynəlxalq standartlara uyğunlaşdırmaqdır.

NATO proqramı çərçivəsində keçirilən tədbirlər aprelin 11-dək davam edəcək.

Teqlər:

"Heyd\u0259r \u018fliyev ad\u0131na H\u0259rbi \u0130nstitutda NATO proqram\u0131 \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 t\u0259dbirl\u0259r ke\u00e7irilir"

Əlaqəli Xəbərlər