İsrail ordusu son 24 saatda 40-a yaxın hava hücumu həyata keçirib
İsrail ordusunun son 24 saat ərzində Qəzza, Suriya və Livanda təxminən 40 hədəfə hava hücumu təşkil edib.
Operativ Media bu barədə Anadolu Agentliyinə istinadən xəbər verir.
İsrail dövlət televiziyası Kan, İsrail hava qüvvələrinin dünən axşam saatlarından etibarən üç fərqli bölgəyə hücum təşkil etdiyini bildirib.
Qəzzada 4 silahlı dron hücumunda Həmas üzvlərinin hədəf alındığı iddia edilib.
Xəbərdə Livanda Hizbullah üzvlərinin hədəf alındığı iddia edilərkən, Suriyaya edilən hava hücumlarında təxminən 30 dalğada hərbi bölgələr, silah anbarları və kəşfiyyat radarlarının vurulduğu diqqət çəkib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net