Menyu

ƏÜO-da "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

Əsəd Abbaslı
ƏÜO-da "Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursunun ilk buraxılış mərasimi keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə MN-dən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul edib.

Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov "Komando andı"nı qəbul edən şəxsi heyəti təbrik edib, Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini onlara çatdırıb. Azərbaycan Ordusunda hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini qeyd edən general-mayor K.Seyidov məzunlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra hərbi qulluqçulara sertifikatlar təqdim olunub, kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Teqlər:

"\u018f\u00dcO-da \"Komando ba\u015flan\u011f\u0131c kursu\"nun burax\u0131l\u0131\u015f m\u0259rasimi ke\u00e7irilib"

Əlaqəli Xəbərlər