Menyu

Azərbaycan və Serbiya nümayəndələri arasında ekspert görüşü keçirilib

Azərbaycan və Serbiya nümayəndələri arasında ekspert görüşü keçirilib

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkə nümayəndələrinin iştirakı ilə “44 günlük Vətən müharibəsi və Lokal xarakterli antiterror əməliyyatları” mövzusunda ekspert görüşü keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məılumat yayıb.

Görüşdə Serbiyadan olan nümayəndə heyətinə “Ərazi bütövlüyünə aparan yol - 44 günlük Vətən müharibəsi”, “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda həyata keçirilən islahatlar”, “Müdafiə strategiyası” və “Suverenliyi bərpa etmək üçün antiterror tədbirləri” mövzularında brifinqlər təqdim olunub.

Ekspert görüşü zamanı hərbi əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində qonaqlar Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olublar.

Burada təqdim olunan brifinqdə Serbiya nümayəndə heyətinə müasir standartlara uyğun avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin tarixi, fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələri barədə məlumatlar verilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər