Menyu

Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Əsəd Abbaslı
Azərbaycanla Belarus arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 18-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusla görüşüb.

Bu barədə Operativ Media-a Azərbaycan Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Görüşdə müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi fevralın 21-dək davam edəcək.

Teqlər:

"Az\u0259rbaycanla Belarus aras\u0131nda m\u00fcdafi\u0259 s\u0259nayesi sah\u0259sind\u0259 \u0259m\u0259kda\u015fl\u0131\u011f\u0131n inki\u015faf\u0131 m\u00fczakir\u0259 edilib"

Əlaqəli Xəbərlər