Menyu

Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib

Əsəd Abbaslı
Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib

Fevralın 14-də Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) “N” hərbi hissəsinin yaranmasının 33-cü ildönümü münasibətilə Vətən Müharibəsi Qəhrəmanı şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə hərbi hissənin bir qrup şəxsi heyəti, 216 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Həzi Aslanov adına Ordu - İdeoloji və Mədəniyyət mərkəzinin kollektivi iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər hərbi hissənin qazandığı nailiyyətləri iştirakçıların diqqətinə çatdırıblar. Qeyd olunub ki, bir çox uğurlu əməliyyatlarda iştirak edən hərbi hissə hər zaman qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəlib.

Tədbir Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin təşkil etdiyi maraqlı konsert proqramı ilə sona çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər