Menyu

Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər

Əsəd Abbaslı
Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər

Türkiyənin Kars şəhərində keçirilən "Qış təlimi - 2025" hərbi təlimləri uğurla davam edir.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, şəxsi heyət soyuq iqlim şəraitində döyüş qabiliyyətlərini artırır, hazırlıq səviyyələrini yüksəldir: "Təlimdə hərbçilər arasında koordinasiya təmin edilir".

Nazirlik rəsmisinin sözlərinə görə, təlimdə iştirak edən hərbçilər "NEFER" zirehli döyüş maşınını, yüngül tipli pulemyot (MPT-76), 5,56 millimetrlik pulemyot, daha bir neçə silah və texnikadan ilk dəfə istifadə ediblər.

Bildirilir ki, təlimlər sabah başa çatacaq.

Təlimlərdə Azərbaycan, ABŞ, Banqladeş, Bosniya və Herseqovina, Gürcüstan, İtaliya, Pakistan, Qazaxıstan, Şimali Makedoniya, Bolqarıstan, Fransa, İngiltərə, Liviya, Monqolustan, Niger, Tacikistan və İordaniyadan 199, Türkiyədən isə 12 min şəxsi heyət iştirak edir.

Xatırladaq ki, təlimlər yanvarın 20-də başlayıb.

Teqlər:

"Az\u0259rbaycan h\u0259rb\u00e7il\u0259ri \"Q\u0131\u015f t\u0259limi - 2025\" \u00e7\u0259r\u00e7iv\u0259sind\u0259 bir \u00e7ox silah v\u0259 texnikadan ilk d\u0259f\u0259 istifad\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər