"Mirage" qırıcıları Ukraynaya göndərilib
Əsəd Abbaslı
İlk "Mirage" qırıcıları Fransadan Ukraynaya göndərilib.
Operativ Media xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lecornu sosial şəbəkə hesabında yazıb.
"2024-cü il iyunun 6-da Emmanuel Makron Fransa istehsalı olan "Mirage 2000"-nin Ukraynaya təhvil verildiyini elan etdi. Onlardan birincisi bu gün Ukraynaya çatıb", - nazir yazıb.
Onun sözlərinə görə, ukraynalı pilotlar bir neçə ay Fransada döyüş təyyarələrini idarə etmək üçün təlim keçiblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net