Türkiyə ordusu 13 terrorçunu zərərsizləşdirib
Əsəd Abbaslı
Türkiyə Silahlı Qüvvələri Suriya və İraqda yeni əməliyyat keçirib.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalındakı Qara əməliyyat bölgəsində PKK terror təşkilatının altı, Suriyanın şimalındakı "Barış Pınarı" və "Fırat Kalkanı" əməliyyat bölgələrində isə PKK/YPG terror təşkilatının yeddi üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə qətiyyətlə davam etdiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net