Menyu

Diplomatik nümayəndəliklərə hücumlara görə heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib

Operativ Media
Diplomatik nümayəndəliklərə hücumlara görə heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib

Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib.

"Operativ Media" xəbər verir ki, bu, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı məlumatında qeyd edilib.

“Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir”, - məlumatda bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər