Menyu

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatının “Ombudsman təsisatı, hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlər” mövzusunda, həmçinin insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar 2025-ci il üçün birgə tədbirlər planı imzalanıb.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana əsasən cari il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyənləşdirilib. Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində keçiriləcək tədbirlərdə hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə əlaqədar bir sıra görüşlər keçiriləcək, eləcə də müxtəlif mövzularda məruzələr dinləniləcək və ətraflı fikir mübadiləsi aparılacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər