Ukraynanın Nikopol şəhərinə 100-dən çox raket atılıb, yaralananlar var
Rusiya Silahlı Qüvvələri bu gecə Ukraynanın Nikopol şəhərini raket atəşinə tutub, yaralananlar var.
"Operativ Media" UNN-a istinadən xəbər verir ki, bunu Dnepropetrovsk vilayətinin başçısı Valentin Rezniçenko deyib.
Rezniçenkonun sözlərinə görə, 100-dən çox raket atılıb, yaralananlar var.
Həmçinin, o da əlavə olunub ki, raketlərdən biri yaşayış evlərindən birinin üzərinə düşüb. Bu zaman evdə olan 6 yaşlı uşaq və anası yaralanıb. Onlar xəstəxanaya çatdırılıb, qadının vəziyyəti ağırdır.
“Şəhərdə 30-dan çox hündür mərtəbəli bina və yaşayış evi dağıdılıb, qaz boruları, elektrik enerjisi xətləri sıradan çıxıb” – deyə o bildirib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net