Menyu

MMU-da NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilib

Əsəd Abbaslı
MMU-da NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüş keçirilib

Bu barədə "Operativ Media"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, NATO Müdafiə Kollecinin nümayəndə heyətinə MMU-nun yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan uğurlu islahatların müsbət nəticələri barədə ətraflı məlumat verilib.

Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə görülən işlərin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Teqlər:

"MMU-da NATO M\u00fcdafi\u0259 Kollecinin n\u00fcmay\u0259nd\u0259 hey\u0259ti il\u0259 g\u00f6r\u00fc\u015f ke\u00e7irilib"

Əlaqəli Xəbərlər