Milli Müdafiə Universitetində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
"Operativ Media" xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Gürcüstanlı qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub, Azərbaycan Ordusunda hərbi təhsil sahəsində aparılan islahatlar barədə ətraflı məlumat verilib.
Görüşdə hərbi təhsil sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.