Azərbaycan Ordusunun hərbi qulluqçusu Naxçıvanda dəfn olunub - YENİLƏNİB - FOTO
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, B.Tağıyevin dəfn mərasimində onun qulluq etdiyi hərbi hissənin nümayəndələri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, B.Tağıyev Kəngərli rayonunun Xok kəndində doğulmuşdu. O, bu gün səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
23:15
Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.
Bu barədə "Operativ Media"a Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net