Menyu

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana işgüzar səfəri davam edir

Əsəd Abbaslı
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Pakistana işgüzar səfəri davam edir

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza ilə görüşüb.

Tərəflər görüş zamanı ölkələrimiz arasında müxtəlif istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın uğurla davam etdirildiyini və geniş imkanlara malik olduğu bildirib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

Görüşdə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Xəzər Fərhadov da iştirak edib.

Teqlər:

"Az\u0259rbaycan Ordusunun Ba\u015f Q\u0259rargah r\u0259isinin Pakistana i\u015fg\u00fczar s\u0259f\u0259ri davam edir"

Əlaqəli Xəbərlər